Bütün xəbərlər
İspaniyada şimşək çaxması səbəbindən 40 ev yanıb
Tarix: 12-08-2019 19:41 | Bölmə: Karusel

İldırım çaxması nəticəsində başlayan yanğın İspaniyanın Ventallo kəndində (Kataloniya Muxtar Birliyi) 40 evi məhv edib.
Trend-in məlumatına görə, bu barədə "El Periodico" qəzeti xəbər verib.
Məlumata əsasən, ildırım dayanacağa dəyərək yanğına səbəb olub. Yanğın 1.5 min kvadratmetr əraziyə yayılıb. Yanğının söndürülməsinə altı yanğınsöndürmə briqadası cəlb olunub.
Xəsarət alanlar barədə məlumat verilmir.


Baxış sayı: 252


Bölməyə aid digər xəbərlər