Bütün xəbərlər
Liviyada avtomobilin partlaması nəticəsində iki BMT əməkdaşı ölüb
Tarix: 11-08-2019 00:27 | Bölmə: Karusel

                           

Liviyanın Benqazi şəhərində baş verən partlayışda BMT-nin iki əməkdaşı həlak olub.
Trend-in məlumatına görə, bu barədə "Reuters" agentliyi xəbər verib.
Məlumata əsasən, avtomobilə bağlanmış əldəqayırma partlayıcı qurğu partlayıb.
Hadisə nəticəsində BMT missiyasının Liviyada dəstəklənməsi üzrə əməkdaşları həlak olub.


Baxış sayı: 307


Bölməyə aid digər xəbərlər