Bütün xəbərlər
Pirşağıda dənizə uzanan hasarlar söküldü
Tarix: 10-08-2019 01:26 | Bölmə: Karusel
              

Pirşağıda dənizə doğru uzanan villaların hasaları sökülüb.
Modern.az  xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu məlumat yayıb.
Politoloq qeyd edib ki, Xəzərin hasarlanması problemi həll olunmasa da, 5 villanın  Xəzərin içinə qədər uzanan hasarlarının dənizə yolu qapadan hissəsi artıq sökülüb.
"Həyatımda ilk dəfə dənizin hasarlardan azad olan hissəsinə ayaq basdım, gəzişdim və ölçməyə başladım. Kubikdən tikilən hasarların dənizə uzanan hissəsləri 20-30 metr arasında sökülüb", - deyə Şahinoğlu bildirib.


Baxış sayı: 289


Bölməyə aid digər xəbərlər