Bütün xəbərlər
Almazbek Atambayevin iqamətgahında yeni əməliyyat başlayıb
Tarix: 08-08-2019 16:37 | Bölmə: Karusel

                              

Qırğız Respublikasının sabiq prezidenti Almazbek Atambayevin Bişkek yaxınlığındakı evi ətrafında daha bir əmliyyat başlayıb.
“Report” “Sputnik Qırğızıstan”a istinadən xəbər verir ki, əməliyyata cəlb edilən 200 nəfərədək polis əməkdaşı səsli və işıqlı qumbaralar və bibər qazı tətbiq edir, qarşı tərəf isə daş və Molotov kokteyli atır.
“24” xəbər verir ki, paytaxtın 20 kilometrliyindəki Koy-Taş kəndində yerləşən A.Atambayevin evinə tərəf üç “KamAZ” maşını, beş avtobus və iki mikroavtobus polis yeridilib. Bundan əvvəl şəhərdə prezident Sooronbay Jeenbekovun istefası tələbi ilə aksiya keçirməyə hazırlaşan A.Atambayevin tərəfdarları baş verənlərdən xəbər tutaraq Koy-Taşa üz tutub.


Baxış sayı: 297


Bölməyə aid digər xəbərlər