Bütün xəbərlər
“EYOF Bakı 2019”: Azərbaycanın daha bir güləşçisi qızıl medal qazanıb
Tarix: 21-07-2019 18:10 | Bölmə: Karusel



İyulun 21-də Heydər Əliyev adına İdman Sarayında keçirilən XV Avropa Gənclər Yay Olimpiya Festivalı çərçivəsində sərbəst güləşçimiz Murad Haqverdiyev qızıl medal qazanıb.
Trend-in məlumatına görə, 45 kq çəki dərəcəsində mübarizə aparan idmançımız final görüşündə Gürcüstan təmsilçisi Nikolozi Santeladzeni məğlub edib - 11:4.
Qeyd edək ki, daha öncə yunan-Roma güləşçilərimiz Fərid Sadıxlı (45 kq) qızıl, Nihad Məmmədli (55 kq) isə bürünc medallar qazanıblar.


Baxış sayı: 357


Bölməyə aid digər xəbərlər