Bütün xəbərlər
Türkiyə daha 2 şəhid verdi
Tarix: 20-07-2019 00:34 | Bölmə: Karusel
       

Türkiyə təhlükəsizlik qüvvələrinin həyata keçirdiyi antiterror əməliyyatlarında iki hərbçi şəhid olub.
Modern.az  Türkiyə mediasına istinadən xəbər verir ki, Bitlis bölgəsində PKK terrorçuları mülki minik avtomobilinə hücum ediblər. Raket atəşi nəticəsində avtomobildəki zabit həlak olub, bir mülki qarovul yaralanıb.
Türkiyə Silahlı Qüvvələrinin İraqın Hakurk bölgəsində davam etdirdiyi “Pençe” hərəkatı antiterror əməliyyatında isə bir əsgər şəhid olub. Bildirilir ki, əsgər PKK terrorçuları ilə atışmada həyatını itirib.


Baxış sayı: 298


Bölməyə aid digər xəbərlər