Bütün xəbərlər
“Qarabağ” UEFA reytinqində irəlilədi
Tarix: 19-07-2019 21:55 | Bölmə: Karusel
                       

UEFA klubların yeni reytinq cədvəlini açıqlayıb.
Modernaz-ın məlumatına görə, Azərbaycanı Çempionlar Liqasında təmsil edən yeganə klub olan “Qarabağ” reytinqdə xallarını 19.000-ə çatdırıb. 
Bildirilib ki, avrokuboklarda I təsnifat mərhələsini keçən Ağdam klubu bu nəticə ilə üç pillə irəliləyərək reytinqdə 69-cu yerdə qərarlaşıb. 
Qeyd edək ki, “Qarabağ” klubu Çempionlar Liqasının I təsnifat mərhələsində Albaniyanın “Partizani” klubunu (0:0, 2:0) mübarizədən kənarlaşdırıb.


Baxış sayı: 253


Bölməyə aid digər xəbərlər