Bütün xəbərlər
Rusiyada erməni saytı ilə bağlı təhqiqata başlanılıb
Tarix: 19-07-2019 14:38 | Bölmə: Karusel

                                       

Moskva vilayəti Azərbaycanlıların Regional Milli-Mədəni Muxtariyyəti (MV ARMMM) adından Moskva Şəhər Milli Siyasət və Regionlalarası Əlaqələr Departamentinə yerkramas.org saytı ilə bağlı müraciət göndərilib.
“Report”un Rusiya bürosu xəbər verir ki, MV ARMMM rəhbəri Elman İbrahimovun imzası ilə təqdim edilən müraciətdə adıçəkilən saytda erməni millətçiliyinin banilərindən olan, İkinci Dünya müharibəsində nasist Almaniyası ilə əməkdaşlıq etmiş Qaregin Njdeh tərəfindən söylənmiş “türklə mübarizəsiz bircə günümüz olmasın” sözlərini epiqraf seçildiyinə diqqət çəkilərək, milli ədavəti qızışdıran materiallar dərc etdiyi üçün bu saytın fəaliyyətinə dair ciddi araşdırma aparmaq xahiş olunur.
Departamentin rəhbəri V.Suçkov tərəfindən imzalanan cavab məktubunda deyilir: “Müraciətiniz araşdırma aparmaq üçün hüquq- mühafizə orqanlarına göndərilib. Müraciətdə göstərilən faktlar təsdiqini taparsa, mövcud qanunlara uyğun tədbirlər görüləcək”.


Baxış sayı: 261


Bölməyə aid digər xəbərlər