Bütün xəbərlər
Sumqayıtda polis baş leytenantı ehtiyatsızlıqdan özünü güllə ilə vurub
Tarix: 18-07-2019 23:21 | Bölmə: Karusel

                                     


Sumqayıt şəhərində ehtiyatsızlıqdan ölüm hadisəsi baş verib.
“Report”un məlumatına görə, Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin 1995-ci il təvəllüdlü cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Rəhman Hüseynli xidməti otağında ölmüş vəziyyətdə aşkar olunub.
Onun odlu silahla ehtiyatsız davranaraq özünə xəsarət yetirdiyi və nəticədə öldüyü ehtimal edlir.
Hadisə axşam saat 19:40 radələrində qeydə alınıb.
Sabaha-inamla.Az


Baxış sayı: 351


Bölməyə aid digər xəbərlər