Bütün xəbərlər
Sumqayıt futbolçularının növbəti uğuru
Tarix: 18-07-2019 23:11 | Bölmə: Karusel


           Sumqayıt Gənclər evində 18 iyul 2019-cu il tarixində Caspian Tech QSC tərəfindən təşkil edilmiş mini-futbol üzrə “Topaz Futbol Festivalında qalib gəlmiş “Sumqayıt-70” komandasının idmançıları, məşqçiləri və rəhbəri ilə görüş keçirilmişdir.
Tədbiri giriş sözü açan Baş İdarənin rəisi Elgün Hümbətov qalib komandanın üzvlərini və onların məşqçilərini təbrik edərək əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan bədən tərbiyəsi və idman siyasətinin dövlət siyasətinin əsas prioritet istiqamətlərindən birinə çevrildiyini qeyd edərək ölkəmizdə idman sahəsində əldə olunmuş bütün nailiyyətlərin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu sahəyə olan diqqət və qayğısının nəticəsi olduğunu əminliklə vurğuladı. O bildirdi ki, uğurlu idman siyasətinin nəticəsi olaraq Respublikamız həm də dünyanın idman ictimaiyyəti tərəfindən ciddi tərəfdaş, idmançılarımız isə əsas rəqib kimi qəbul olunmaqla yanaşı, saysız-hesabsız mötəbər beynəlxalq turnirlər, dünya və Avropa çempionatlarına ev sahibliyi etmişdir. Sonra çıxış edən Veteran futbolçu Azərbaycan Respublikasının Əməkdar məşqçisi Telman Salahov və Şimal Regional Futbol Federasiyasının prezidenti Abdulla Məmmədov turnirin qalibi olmuş “Sumqayıt-70” komandasının idmançılarını təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzuladılar.
 “Sumqayıt-70” komandasının baş məşqçisi Fərhad Həsənov  onlara göstərilən diqqət və qayğıya görə şəhər rəhbərliyinə, Gənclər və İdman Baş İdarəsinə öz minnətdarlığını bildirdi.
Sonda turnirin qalibi olmuş “Sumqayıt-70” komandasının idmançıları Baş İdarənin fəxri fərmanı ilə təltif edilmiş və onlarla xatirə şəkili çəkdirilmişdir.
Sabaha-inamla.Az





Baxış sayı: 289


Bölməyə aid digər xəbərlər