Bütün xəbərlər
Astarada tikilməkdə olan məktəbdən oğurluq edən şəxs tutulub
Tarix: 16-07-2019 10:47 | Bölmə: Karusel

                                  


Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yeni tikilməkdə olan məktəbdən oğurluq edən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Trend-ə verilən məlumata görə, Astara rayonunun Kijəbə qəsəbəsinin sakini A.Laçınov RPŞ-yə ərizə ilə müraciət edərək gecə saatlarında rayonun Burzubənd kəndində yerləşən yeni tikilməkdə olan məktəbdən hər birinin uzunluğu 6 metr olan 20 bağlama döşəmə taxtasının oğurlandığını bildirib. Astara RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətmiş şəxsin rayonun Burzubənd kənd sakini İkraməli Kakayev olduğu müəyyən edilib və o saxlanılıb. Oğurladığı 20 bağlama döşəmə taxtası aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.



Baxış sayı: 327


Bölməyə aid digər xəbərlər