Batumidə azərbaycanlıların olduğu avtobus qəza törətdi - TƏFƏRRÜAT
Tarix: 12-07-2019 18:53 | Bölmə: Karusel

                                  

Gürcüstanda azərbaycanlıların xəsarət aldığı yol qəzasının təfərrüatları məlum olub.
Trend-in məlumatına görə, Bakıdan yola düşən avtobus Batumidə qəza törədib. Ötmə əməliyyatı yerinə yetirən sərnişin avtobusu qarşıdan gələn digər nəqliyyat vasitəsi ilə toqquşub. Nəticədə avtobusun sürücüsü və bir neçə sərnişin müxtəlif dərəcəli xəsarətlər alıblar. Onlar xəstəxanaya çatdırılıb.
Sərnişinlərin xəsarətləri yüngül olduğundan onlar ambulator müalicəyə buraxılıb. Hər iki ayağından ağır yaralanan sürücü isə stasionar müalicəyə götürülüb.


Baxış sayı: 41


Bölməyə aid digər xəbərlər
16-07-2019, 10:53 Nazir əmr imzaladı