Bütün xəbərlər
Bu gün AvroLiqada 43 oyun - İki komandamız meydana çıxır - TƏQVİM
Tarix: 11-07-2019 10:02 | Bölmə: Karusel
                   

Bu gün UEFA Avropa Liqasında I təsnifat mərhələsinin ilk oyunlarına yekun vurulacaq.
Modern.az xəbər verir ki, son oyun günündə 43 qarşılaşma keçiriləcək. 
Təmsilçilərimizdən "Səbail" Bakıda Rumıniyanın "Universitatya Krayova" klubunu qəbul edəcək, "Neftçi" isə səfərdə Moldova "Sperantsa"sının qonağı olacaq.
Bugünkü görüşlərdən ikisi "Səbail" və "Qəbələ" üçün əhəmiyyətlidir. "Dinamo" (Tbilisi, Gürcüstan) - “Enqordani” (Andorra) cütünün qalibi  II təsnifat mərhələsində "Qəbələ" ilə qarşılaşacaq. "Səbail" mərhələ adlayacağı təqdirdə isə bu gün meydana çıxacaq "Honved" (Macarıstan) - “Jalgiris” (Vilnüs, Litva) cütünün güclüsü ilə üz-üzə gələcək.
Qeyd edək ki, cavab görüşləri 16 - 18 iyulda keçiriləcək.


Baxış sayı: 305


Bölməyə aid digər xəbərlər