22:59 / 15-04-2024
Məsciddə yanğın törədib
Bütün xəbərlər
ABŞ-ın neft ehtiyatlarının azalması neftin qiymətlərinə müsbət təsir edib
Tarix: 10-07-2019 11:52 | Bölmə: Karusel

          ABŞ-ın neft ehtiyatlarının azalması neftin qiymətlərinə müsbət təsir edib  


ABŞ-ın neft ehtiyatlarının dördüncü həftə ardıcıl olaraq azalması dünya bazarlarında neftin qiymətinin artmasına səbəb olub.
"APA-Economics"in məlumatına görə, belə ki, xəbər yazıldığı an ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair sentyabr müqaviləsinin dəyəri 1,22% artaraq 1 barelə görə 64,94 dollar təşkil edib.
Bundan əlavə, Nyu-Yorkun NYMEX əmtəə birjasında avqustda ixrac etməklə WTI markalı neftin 1 barelinin dəyəri isə 1,76% artaraq 58,85 dollar təşkil edib.
Qeyd edək ki, Amerika Neft İnstitutunun (API) hesablamalarına əsasən, ötən həftənin (1-5 iyul) yekunlarına görə, ABŞ-ın neft ehtiyatları 8,1 mln. barel azalaraq 461,4 mln. barel təşkil edib.


Baxış sayı: 324


Bölməyə aid digər xəbərlər