Bütün xəbərlər
Milyarder Tom Steyer ABŞ-da prezident seçkilərində iştirak edəcək
Tarix: 10-07-2019 11:12 | Bölmə: Karusel

                                   


Amerikalı milyarder Tom Steyer ABŞ-da 2020-ci il prezident seçkilərində iştirak edəcək.
Trend-in məlumatına görə, Stayer Demokrat Partiyasından namizəd olacaq.
Bildirilir ki, milyarder bu ilin yanvar ayında qeyd etmişdir ki, seçkilərdə iştirak etməyəcək.
Xatırladaq ki, bundan əvvəl 2020 prezident seçkiləri üçün Demokrat Partiyadan Vermont senatoru Bernie Sanders, Massaçusets senatoru Elizabet Uorren (Elizabeth Warren), Nyu-Cersi senatoru Kori Buker (Cory Booker) və Kaliforniya senatoru Kamala Harris indidən namizədliklərini açıqlayıblar. Demokrat Partiyanın namizədi Hillari Klinton isə 2020-ci il prezident seçkiləri üçün namizəd olmayacağını açıqlamışdı.


Baxış sayı: 334


Bölməyə aid digər xəbərlər