Bütün xəbərlər
Dördqat Avropa çempionu olan bakılı qız intihar etdi
Tarix: 10-07-2019 01:30 | Bölmə: Karusel
                 

Avropa çempionu olan gimnastımız intihar edib.
Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə Nizami rayonu, Elşən Süleymanov küçəsində baş verib.
2001-ci il təvəllüdlü Məmmədzadə Aynur Əfqan qızı yaşadığı binanın 4-cü mərtəbəsindən özünü atıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya aparılıb. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. A.Məmmədzadə xəstəxanada dünyasını dəyişib.
Hadisənin hansı səbəbdən baş verməsi araşdırılır.


Baxış sayı: 428


Bölməyə aid digər xəbərlər