Bütün xəbərlər
Gürcüstanın baş naziri Vladimir Putinin qərarına münasibət bildirib
Tarix: 10-07-2019 00:58 | Bölmə: Karusel

                                 

Gürcüstanın baş naziri Mamuka Baxtadze
Gürcüstanın baş naziri Mamuka Baxtadze Rusiya prezidenti Vladimir Putinin Gürcüstana sanksiyalar tətbiq etməməklə bağlı qərarına münasibət bildirib.
"Report"un yerli bürosu xəbər verir ki, hökumət başçısı deyib ki, xalqlar arasında münasibətlərdə heç bir maneə olmamalıdır.
M.Baxtadzenin sözlərinə görə, xalqlar arasında əlaqələr böyük əhəmiyyətə malikdir və son illər bu istiqamətdə irəliləyiş əldə olunub.
Baş nazir qeyd edib ki, Gürcüstan cəmiyyətinin qütbləşməsinə cəhdlərqəbuledilməzdir.
M.Baxtadzenin sözlərinə görə, heç kəsə Gürcüstanı həm daxili, həm də xarici siyasətin aqressiv gündəliyinin əsirinə çevirməyə imkan verilməyəcək.


Baxış sayı: 287


Bölməyə aid digər xəbərlər