Bütün xəbərlər
Sevgilisini şantaj edən şəxsə 3,3 il cəza verildi
Tarix: 09-07-2019 17:38 | Bölmə: Karusel

                

Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən Daşqın Gəncaliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Trend-in məlumatına görə, prosesdə prokuror təqsirləndirilən şəxsin 6 il azadlıqdan məhrum edilməsini istəyib.
Daha sonra məhkəmə hökmü elan olunub.
Hökmə əsasən, D.Gəncaliyev 3 il 3 ay azadlıqdan məhrum edilib.
İttihama görə, D.Gəncaliyev bir qadınla tanış olub. Bir müddət sevgili kimi görüşəndən sonra D.Gəncaliyev qadına hədə-qorxu gələrək pul tələb edib. Zərərçəkənin şikayəti əsasında D.Gəncaliyev həbs edilib.
Ona Cinayət Məcəlləsinin 182.2-ci (hədə-qorxu il pul tələb etmə) maddəsi ilə ittiham verilib.


Baxış sayı: 307


Bölməyə aid digər xəbərlər