Bütün xəbərlər
ABŞ səfirliyi Azərbaycanı təbrik edib
Tarix: 08-07-2019 20:18 | Bölmə: Karusel
               

ABŞ-ın Azərbaycandakı səfirliyi Şəki şəhərinin tarixi hissəsinin və Şəki Xan Sarayının UNESCO-nun Dünya İrs Siyahısına daxil olunması münasibətilə Azərbaycanı təbrik edib.
Modern.az-ın xəbərinə görə, bu barədə səfirliyin “Facebook”dakı rəsmi səhifəsində bildirilib.
Qeyd olunub ki, Amerika Birləşmiş Ştatlarının Frank Lloyd Raytın 20-ci əsrə aid olan memarlıq abidələr də UNESCO-nun Dünya İrs Siyahısına daxil olunub.
Xatırladaq ki, dünən Şəki şəhərinin tarixi hissəsi və Şəki Xan Sarayı Dünya İrs Siyahısına salınıb. Bu barədə qərar UNESCO-nun Ümumdünya İrs Komitəsinin Bakıda keçirilən 43-cü Sessiyasında verilib.


Baxış sayı: 311


Bölməyə aid digər xəbərlər