Bütün xəbərlər
Bakıda hosteldə əcnəbi vətəndaşın pulları oğurlanıb
Tarix: 08-07-2019 12:54 | Bölmə: Karusel


Səbail RPİ-nin 39-cu Polis Bölməsinə müraciət edən əcnəbi vətəndaş iyulun 5-də yaşadığı hosteldə 400 manat və 400 ABŞ dolları pulunun oğurlandığını bildirib.
Daxili İşlər Nazirliyi Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalar aparılıb, qısa müddətdə bu cinayət əməlini törədən şəxs müəyyən edilib.
Keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Füzuli rayon sakini S.Rüstəmov 39-cu Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırma aparılır.


Baxış sayı: 267


Bölməyə aid digər xəbərlər