Bütün xəbərlər
Tbilisidə etirazlar zamanı saxlanılan 41 nəfər azadlığa buraxılıb
Tarix: 25-06-2019 10:58 | Bölmə: Karusel

                                      

Tbilisidə iyunun 20-də Gürcüstan parlamentinin binası qarşısında keçirilən kütləvi aksiya zamanı saxlanılan 41 nəfər azadlığa buraxılıb.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Tbilisi Apellyasiya Məhkəməsi qərar qəbul edib.
Saxlanılan şəxslər 4 günlük inzibati həbs cəzası çəkiblər. Onlar məhkəmə zalından sərbəst buraxılıblar.
Məhkəmə 41 nəfərdən 2-nin günahsız olduğunu üzə çıxarıb.
Qeyd edək ki, iyunun 20-də keçirilən kütləvi aksiya zamanı 305 nəfər saxlanılıb. Tbilisidə davam edən kütləvi etiraz aksiyalarının tələblərindən biri həmin şəxslərin hamısının azadlığa buraxılmasıdır. 


Baxış sayı: 262


Bölməyə aid digər xəbərlər