Bütün xəbərlər
Gürcüstanda mitinqi zorla dağıdan 10 polis əməkdaşı işdən çıxarılıb, 2-si barədə cinayət işi başlanılıb
Tarix: 24-06-2019 17:32 | Bölmə: Karusel

                                   


Gürcüstanın paytaxtı Tbilisidə iyunun 20-21-də keçirilən etiraz aksiyaları ilə bağlı aparılan istintaq çərçivəsində 10 polis əməkdaşı işdən çıxarılıb.
“Report”un yerli bürosu xəbər verir ki, bunu ölkənin Daxili İşlər Nazirliyinin rəsmisi Mamuka Çelidze bildirib.
Onun sözlərinə görə, həmin günlər dinc xarakterli keçirilən aksiyalarda sonradan zorakılığa yol verilib və polis qanunla nəzərdə tutulmuş xüsusi vasitələrdən istifadə etməyə məcbur olub.
M.Çelidze bildirib ki, işdən çıxarılan 2 polis əməkdaşı cinayət məsuliyyətinə cəlb olunub.
DİN rəsmisi qeyd edib ki, polis əməkdaşları ilə bağlı müvafiq materiallar Baş Prokurorluğa göndəriləcək.


Baxış sayı: 348


Bölməyə aid digər xəbərlər