Bütün xəbərlər
Nigeriyada "Boko Haram" qruplaşmasının 42 üzvü məhv edilib
Tarix: 23-06-2019 23:48 | Bölmə: Karusel

Nigeriyada "Boko Haram" radikal qruplaşmasına qarşı xüsusi əməliyyat keçirilib.
Trend "RİA Novosti"ya istinadən xəbər verir ki, bir sıra Afrika ölkələrinin birgə qüvvələrinin iştirak etdiyi əməliyyatda 42 silahlı məhv edilib.
Bundan əlavə, əməliyyat zamanı 1 əsgər ölüb, 12-si isə yaralanıb.
Qeyd edək ki, “Boko Haram” radikal qruplaşması Nigeriyanın şimal-şərqində və şimalında fəaliyyət göstərir.


Baxış sayı: 244


Bölməyə aid digər xəbərlər