Bütün xəbərlər
Kambocada bina uçub, ölənlər və xəsarət alanlar var - FOTO
Tarix: 22-06-2019 10:37 | Bölmə: Karusel

                                 

Kambocada tikilməkdə olan bina uçub.
"Report" xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb.
Qeyd edilir ki, hadisə ölkənin cənubunda Prea-Sianukvil əyalətində qeydə alınıb. İnşa edilən binanın dağılması nəticəsində azı 3 nəfər ölüb, daha bir neçə nəfər xəsarət alıb.
"Bəzi insanlar, əsasən inşaatçılar, dağıntılar altında qalıblar. Ölənlərin və xəsarət alanların sayı hələ dəqiq məlum deyil", - deyə hüquq-mühafizə orqanlarından bildirilib.
Öz növbəsində vilayətin qubernatoru Yun Min bildirib ki, dağıntılar altında azı 3 nəfərin meyiti tapılıb, hadisə zamanı təxminən 10 nəfər yaralanıb. Uçqunların altından insanların çıxarılması davam edir.
"Agency France Presse" nəşrinin məlumatına görə, dağıntılar altında daha 30 nəfər qalıb.


Baxış sayı: 234


Bölməyə aid digər xəbərlər