Bütün xəbərlər
Özbəkistan Senatına ilk dəfə qadın sədr seçilib
Tarix: 21-06-2019 18:19 | Bölmə: Karusel

                                 

Özbəkistan Ali Məclisinin yuxarı palatası olan Senatın sədri vəzifəsinə ilk dəfə qadın seçilib.
“Report” “Kun.uz”a istinadən xəbər verir ki, sabiq baş nazir müavini və qadın komitəsinin sədri Tənzilə Narbayeva Senatın yeni spikeri seçilib.
“Mən Tənzilə Narbayevanın hökumətdəki fəaliyyəti dövründə gördüyü işləri, habelə uşaq əməyinə son qoymaq üçün hərəkətlərin alqışlayıram. Beynəlxalq həmrəylik sahəsində də onun zəhməti təqdirəlayiqdir”, – ölkə Prezidenti Şəfqət Mirziyayev xanım Narbayevanın namizədliyini təqdim edərkən bildirib.
Namizədliyi yekdilliklə qəbul olunan T.Narbayevanın sələfi Nemətulla Yoldaşev ötən gün baş prokuror vəzifəsinə təyin olunub.


Baxış sayı: 260


Bölməyə aid digər xəbərlər