Bütün xəbərlər
Metal qırıntıları ilə dolu "Kamaz" yerüstü piyada keçidinə çırpıldı
Tarix: 21-06-2019 09:28 | Bölmə: Karusel

                 

Qaradağ rayonunda yol qəzası baş verib.
Trend-in məlumatına görə, hadisə Bakı-Ələt-Astara yolunun 13-cü kilometrliyində qeydə alınıb.
Bakı istiqamətində hərəkət edən metal qırıntıları ilə dolu "Kamaz" markalı yük maşını həmin ərazidə yerləşən Hərbi Dəniz Qüvvələri binasının yanında yerüstü piyada keçidinə çırpılıb. Hadisə nəticəsində keçidə ciddi ziyan dəyib.
Hazırda əraziyə yol polisi əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.


Baxış sayı: 272


Bölməyə aid digər xəbərlər