Bütün xəbərlər
Neftçalada 29 yaşlı gənc güllələndi
Tarix: 19-06-2019 11:05 | Bölmə: Karusel



Neftçalada odlu silahla bağlı insident baş verib.
Oxu.Az-ın bölgə müxbirinin məlumatına görə, hadisə rayonun Astanlı kəndində qeydə alınıb.
Kənd sakini, 1990-cı il təvəllüdlü Fərzəliyev Şəhrizad Nail oğlu aldığı güllə yarası ilə Neftçala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Yaralıya xəstəxanada ilk tibbi yardım göstərilib və o, cərrahiyyə şöbəsinə yerləşdirilib.
Yaralının dediyinə görə, qonşusu Məhəbbət adlı şəxs tərəfindən güllələnib.
Hadisənin səbəbləri hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.


Baxış sayı: 234


Bölməyə aid digər xəbərlər