Bütün xəbərlər
Azərbaycanlı deputat Gürcüstan parlamentinin Etika şurasına üzv seçilib
Tarix: 12-06-2019 16:59 | Bölmə: Karusel

                                            

Gürcüstan parlamentinin Etika şurasının ilk iclası keçirilib.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin Mətbuat xidməti məlumat yayıb.
İclasda Etika şurasının fəaliyyəti ilə bağlı məsələlər və müəyyən sənədlərin formaları müzakirə olunub.
Şuranın üzvü İrina Pruidze bildirib ki, sentyabr ayının əvvəli üçün Etika şurası fəaliyyətə tam hazır olacaq.
Etika şurası Gürcüstan parlamentinin qərarı ilə bu il martın 19-da yaradılıb. Şurada 14 deputat təmsil olunub. Onların arasında hakim Gürcü Arzusu Partiyasının Marneuli rayonundan olan majoritar deputatı Ruslan Hacıyev də var.
Şura deputatların davranışı, onların həmkarları, cəmiyyət, KİV və digər qurumlarla münasibətlərini tənzimləyən etika kodeksinin əməl olunmasına nəzarəti həyata keçirəcək. Şura həmçinin kodeksin pozulması hallarında məsuliyyəti də müəyyən edəcək. 


Baxış sayı: 264


Bölməyə aid digər xəbərlər