Bütün xəbərlər
Yeni tekstil müəssisəsi açılıb
Tarix: 11-06-2019 01:09 | Bölmə: Karusel

         

Oğuz şəhərində yeni tekstil müəssisəsi fəaliyyətə başlayıb.
Bunu Trend-ə Azərbaycan Qadın Sahibkarlar Assosiasiyasının rəhbəri Səkinə Babayeva deyib.
S.Babayevanın sözlərinə görə, bu ideyanın təşəbbüskarı məhz assosiasiya olub:
“Təşkilatımızın əsas məqsədi ölkədə kiçik və orta sahibkarlığın inkişafına real dəstək göstərməkdir. Əlbəttə ki, biz dövlət orqanlarının da dəstəyinə ehtiyac duyuruq, çünki yeni müəssisələrin açılması maliyyə xərcləri, təşkilatçılıq işləri tələb edir”.
S.Babayeva qeyd edib ki, müəssisə təşkilatın üzvü olan qadın sahibkarların vəsaitləri hesabına açılıb.



Baxış sayı: 260


Bölməyə aid digər xəbərlər