Bütün xəbərlər
Ekzitpol: Tokayev Qazaxıstan prezidenti seçkilərində liderdir
Tarix: 10-06-2019 00:36 | Bölmə: Karusel



Qazaxıstanın hazırkı prezidenti Kasım-Jomart Tokayev ölkə rəhbəri postu uğrunda keçirilən səsvermədə 69,94% səslə liderdir.
Lenta.ru xəbər verir ki, belə bir məlumat “Gənclik” elmi-tədqiqat mərkəzinin apardığı ekzitpol nəticəsində əldə olunub.
Bu nəticələrə əsasən, seçkilərdə ikinci yerdə 14,96% səslə Kosanov, üçüncü yerdə isə 4,78 faiz səslə Espayeva qərarlaşıb.
“İctimai rəy” institutunun elan etdiyi ekzitpol nəticələri isə Tokayevin 70,13% səslə seçkilərdə qələbə qazandığını göstərir.
Tokayev bu ilin mart ayının 20-dən prezident səlahiyyətlərini yerinə yetirir.
Oxu.az


Baxış sayı: 346


Bölməyə aid digər xəbərlər