Bütün xəbərlər
Lənkəranda partlayış olub, 2 nəfər yaralanıb - FOTO
Tarix: 09-06-2019 22:49 | Bölmə: Karusel



Lənkəranda baş verən partlayış bir ailənin 2 üzvünü xəstəxanalıq edib.
Oxu.Az-ın bölgə müxbirinin xəbərinə görə, Girdəni kənd sakini, 40 yaşlı Hədiyyə Salman qızı Hadıyeva yaşadığı evdə qaz sobasını yandırmaq istəyən zaman partlayış baş verib. Yaxınları güman edir ki, mebelin yerini dəyişərkən ehtiyatsızlıqdan qaz sobasının açarına dəyən əşya onun açıq qalmasına səbəb olub. Qaz sızması partlayışla nəticələnib. Evdə yanğın baş verməsə də, H.Hadıyeva və oğlu, 9 yaşlı Yusif Hadıyev xəstəxanaya aparılıb.
Ana reanimasiya şöbəsinə yerləşdirilib. Uşaq isə ilkin tibbi yardımdan sonra evə buraxılıb.






Baxış sayı: 276


Bölməyə aid digər xəbərlər