Bütün xəbərlər
Qazaxıstanda prezident seçkilərində səsvermə başa çatıb
Tarix: 09-06-2019 19:46 | Bölmə: Karusel

Qazaxıstanda prezident seçkiləri ilə əlaqədar səsvermə başa çatıb.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, yerli vaxtla saat 21:00-da (19:00, GMT+4) səsvermə prosesi Qərbi-Qazaxıstan, Atrau, Aqtöbe və Mangistau vilayətlərində, saat 20:00-da isə (18:00, GMT+4) ölkənin əsas ərazilərində başa çatıb.
Yerli vaxtla saat 20:00 (18:00, GMT+4) üçün səsvermədə 77 faiz seçici iştirak edib.
Xatırladaq ki, bu gün Qazaxıstanda növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə əlaqədar yerli vaxtla saat 07:00-da səsvermə başlayıb.
Qazaxıstan ərazisində və ölkədən kənarda 9 968 seçki məntəqəsi yaradılıb. Ölkədə 11 814 019 vətəndaş səsvermə hüququna malikdir.


Baxış sayı: 306


Bölməyə aid digər xəbərlər