Bütün xəbərlər
Futbolçu Alvaro Moratanın mənzili qarət edilib
Tarix: 09-06-2019 09:41 | Bölmə: Karusel

                                    

Futbol üzrə İspaniya yığmasının oyunçusu Alvaro Moratanın mənzili qarət edilib
"Report" xəbər verir ki, bu barədə "Marca" məlumat yayıb.
Qeyd edilir ki, hadisə futbolçu AVRO-2020-nin seçmə mərhələsində keçirilən matçda olan zaman baş verib. Belə ki, silahlı cinayətkarlar idmançının evinə soxulublar. Qarətçilər evdən bahalı əşyalar oğurlayıblar.
Məlumatda bildirilir ki, futbolçunun xanımı və övladları hadisə zamanı evdə olublar. Lakin onlardan heç kim zərər çəkməyib
Daha əvvəl Moratanın dublu "Atletiko"ya qələbə qazandırıb.


Baxış sayı: 328


Bölməyə aid digər xəbərlər