Bütün xəbərlər
Ermənistan polis qüvvələri qərargahının keçmiş rəhbəri qətl törətməkdə ittiham olunur
Tarix: 06-06-2019 20:16 | Bölmə: Karusel

                                     

Ermənistan polis qüvvələrinin sabiq qərargah rəisi Qeqam Petrosyana qarşı 2008-ci il martın 1-də baş vermiş hadisələrlə bağlı cinayət işi üzrə qətl törədilməsi ittihamı irəli sürülüb.
"Report" "Sputnik Ermənistan"a istinadən xəbər verir ki, bu barədə Ermənistan Xüsusi İstintaq Xidmətinin mətbuat katibi Marina Oqacanyan bildirib.
Məhkəməyə Q.Petrosyanın həbsinə dair ərizə verilib.
Qeyd edək ki, Q.Petrosyan Zakar Ovannisyanın qətlində şübhəli şəxs kimi iyunun 4-də Yerevanda saxlanılıb. 31 yaşlı Z.Ovannisyan 2008-ci ilin mart ayında Yerevanda baş vermiş toqquşmalar zamanı odlu silahdan açılan atəşlə yaralanıb, sonradan xəstəxanada ölüb. Ehtimal olunan cinayət dövründə Q.Petrosyan Ermənistan polis qüvvələrinin komandir müavini və polis qərargahının rəisi vəzifəsini tutub.
2018-ci ilin iyul ayından etibarən 1 mart hadisələri üzrə əsas fiqurların, o cümlədən sabiq prezident Robert Koçaryan, sabiq müdafiə naziri Mikael Arutyunyan, Silahlı Qüvvələrin Baş Qərargahının sabiq rəisi və sabiq müdafiə naziri Seyran Ohanyan, Silahlı Qüvvələrin Baş Qərargahının sabiq rəisi Yuri Xaçaturov, sabiq baş nazir müavini Armen Gevorkyanın dindirilməsinə başlanılıb.


Baxış sayı: 335


Bölməyə aid digər xəbərlər