Bütün xəbərlər
Fransanın xanım siyasətçisi məhkəməyə verilib
Tarix: 06-06-2019 20:10 | Bölmə: Karusel

                                 

Fransa Milli Yığıncaq Partiyasının sədri Marin le Pen məhkəməyə verilib. 
"Report"un Fransa bürosu xəbəb verir ki, o, bu barədə özünün "Tvitter" səhifəsində yazıb. 
Xanım siyasətçi məhkəmə sənədini icazəsiz dərc etməkdə günahlandırılır. 
Belə ki, Marin le Pen bundan əvvəl "Tvitter" səhifəsində İŞİD-ə məxsus zorakılıq əməlləri görünən şəkil dərc edib. Bu səbəbdən ona psixiatrik müayinədən keçməsi üçün məhkəmə qərarı təqdim olunub. Ancaq partiya sədri məhkəmə prosesi yekunlaşmamış qərarı qanunsuz olaraq "Tvitter" səhifəsində paylaşıb.
Fransa qanunvericiliyinə əsasən, hökm olmadan məhkəmənin hər hansı bir qərarını dərc edərək ictimailəşdirmək qadağandır.


Baxış sayı: 306


Bölməyə aid digər xəbərlər