Bütün xəbərlər
Buffon “Pari Sen-Jermen”-dən gedir
Tarix: 06-06-2019 11:32 | Bölmə: Karusel



İtaliyalı qapıçı Canluidji Buffon Fransanın “Pari Sen-Jermen” futbol klubunu tərk edir.
Oxu.Az bu barədə klubun saytına istinadla xəbər verir.
Buffonun müqaviləsinin müddəti iyunun 30-da bitir, uzadılması isə planlaşdırılmır. Klub idmançıya gələcək layihələrində uğurlar diləyib.
“Parisdə yaşamaq imkanına görə hər kəsə minnətdarlığımı bildirirəm.Birgə yaşadığımız duyğulara görə təşəkkür edirəm”, - deyə Buffon öz növbəsində qeyd edib.
Qapıçı  “Pari Sen-Jermen” klubuna 2018-ci ildə keçib. Bu müddətdə klub Fransanın Superkuboku və ölkə çempionatını qazanıb.


Baxış sayı: 320


Bölməyə aid digər xəbərlər