Bütün xəbərlər
İsmayıllı Olimpiya İdman Kompleksinin sabiq direktorunun məhkəməsi başlayıb
Tarix: 22-05-2019 10:33 | Bölmə: Karusel

                                 

Gəncə Ağır Cinayətlər Məhkəməsində İsmayıllı Olimpiya İdman Kompleksinin sabiq direktoru Tofiq Hümbətovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.
"Report"un xəbərinə görə, hakim Faiq Mahmudovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdiirlib.
Məhkəmənin baxış iclası mayın 27-nə təyin edilib.
Qeyd edək ki, İsmayıllı Olimpiya İdman Kompleksinin sabiq direktoru T.Hümbətovun onun barəsində Cinayət Məcəlləsinin 34312-ci (rüşvətə təhrik etmə) və 178-ci (dələduzluq) maddələri ilə ittiham irəli sürülüb.
Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova "Report"a açıqlamasında bildirib ki, T.Hümbətov ötən ay vəzifəsindən azad olunması üçün müraciət edib: "Onun ərizəsinə baxılıb".
Xatırladaq ki, T.Hümbətov 2017-ci ildən İsmayıllı Olimpiya İdman Kompleksinin direktoru vəzifəsində çalışıb.


Baxış sayı: 418


Bölməyə aid digər xəbərlər