Petro Poroşenkoya cinayət işi açılıb
Tarix: 21-05-2019 23:56 | Bölmə: Karusel

                                      

Ukrayna Dövlət İstintaq Bürosu ölkənin sabiq prezidenti Petro Poroşenkoya qarşı cinayət işi açıb.
“Report” TASS-a istinadən xəbər verir ki, o, ötən il noyabrın 25-də Kerç boğazında ölkənin hərbi donanmasına məxsus katerlərin Rusiya hərbi gəmilərinin hücumuna məruz qalması işi üzrə ittiham olunur.
Bildirilib ki, hakimiyyət orqanlarında yüksək vəzifələr tutan şəxslərin dövlət xəyanəti, Konstitusiya quruluşunu zorla dəyişdirilməsi və ya devrilməsi, hakimiyyət və ya xidməti səlahiyyətləri həddini aşma maddələrində nəzərdə tutulan əməlləri törətmələri ehtimalı ilə bağlı təhqiqata başlanılıb.


Baxış sayı: 33


Bölməyə aid digər xəbərlər
10-06-2019, 09:00 Məşhur aktyor vəfat etdi