Bütün xəbərlər
“Azərpambıq ASK” 15 rayonda pambıq becərilməsinə başlayıb
Tarix: 18-05-2019 14:05 | Bölmə: Karusel


“Azərpambıq ASK” MMC 2019-cu təsərrüfat ili mövsümündə respublikanın 15 rayonunda 29 001 hektarda pambıq əkilməsini qarşıya məqsəd qoyub.
“Azərpambıq ASK”dan “Report”a verilən məlumata görə, bugünə qədər şum, arat, mala işləri görülüb, səpin uğurla başa çatdırılıb.
Hazırda sahələrdə çıxış alınıb və müvafiq becərmə işlərinə başlanılıb.
Məqsəd pambıqçılığın inkişafına məhsuldarlığın artırılması yolu ilə nail olmaqdır.


Baxış sayı: 270


Bölməyə aid digər xəbərlər