Bütün xəbərlər
Məmmədyarovla Rəcəbov Moskvada növbəti oyunlarını keçirəcəklər
Tarix: 18-05-2019 10:03 | Bölmə: Karusel

                                    


Bu gün Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarovla Teymur Rəcəbov Rusiyanın paytaxtı Moskvada FIDE-nin Qran-pri turnirində ikinci oyunlarını keçirəcəklər.
“Report” xəbər verir ki, 16 qrossmeysterin mübarizə apardığı yarış olimpiya sistemi ilə təşkil olunur. Rəcəbov 1/8 finalın birinci turunda heç-heçə etdiyi ABŞ şahmatçısı Hikaru Nakamura ilə ikinci partiyasını oynayacaq. Məmmədyarov isə ilk görüşdə uduzduğu polşalı Radoslav Voytaşeklə qarşılaşacaq.
İlk turda həmçininYan-Kşiştof Duda Uesli Sonu, Yan Nepomnyaşi Levon Aronyanı məğlub edib. Qalan oyunlarda heç-heçə qeydə alınıb. Partiyalar Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.
1/8 final, II tur
Daniil Dubov (Rusiya, 48; 2690) - Aniş Giri (Hollandiya, 4; 2787)
Hikaru Nakamura (ABŞ, 11; 2761) - Teymur Rəcəbov (Azərbaycan, 12; 2759)
Uesli So (ABŞ, 13; 2754) - Yan-Kşiştof Duda (Polşa, 28; 2728)
Aleksandr Qrişuk (Rusiya, 9; 2772) - Sergey Karyakin (ABŞ, 16; 2752)
Levon Aronyan (Ermənistan, 10; 2762) - Yan Nepomnyaşi (Rusiya, 8; 2773)
Dmitri Yakovenko (Rusiya, 32; 2708) - Vey Yi (Çin, 22; 2736)
Pyotr Svidler (Rusiya, 20; 2739) - Nikita Vityuqov (Rusiya, 24; 2734)
Şəhriyar Məmmədyarov (Azərbaycan, 5; 2781) - Radoslav Voytaşek (Polşa, 29; 2724)
Qeyd edək ki, hər bir mərhələ 3 günü əhatə edəcək və 2 partiya oynanılacaq. İştirakçılardan hansısa qələbə üçün yetərli 1,5 xalı toplaya bilməsə, tay-breyk olacaq. İlk raund 17 – 19 mayda, ikincisi 20 – 22 mayda, yarımfinal isə 23 – 25 mayda reallaşacaq. Şahmatçılar 27 – 29 mayda baş tutacaq finaldan bir gün əvvəl istirahət edəcəklər.


Baxış sayı: 266


Bölməyə aid digər xəbərlər