Bütün xəbərlər
ABŞ prezidentinin korteji qəzaya düşüb
Tarix: 15-05-2019 03:23 | Bölmə: Karusel

                              


ABŞ prezidenti Donald Trampın kortejində olan üç motosikletçi yol qəzası nəticəsində zərər çəkib.
"Report" xəbər verir ki, bu barədə "Bloomberg"in Trampı müşayiət edən jurnalist qrupundakı təmsilçisi Cennifer Ceykobs yazıb.
O bildirib ki, qəza nəticəsində Ağ ev rəhbərinin maşını zərər çəkməyib.
"Biri ot basmış xəndəkdə oturub, biri qanaxma ilə yolun kənarında uzanıb. Üçüncü ayaq üstdədir, onun əlindən qan axır", — deyə jurnalist yaralılar haqqında yazıb.
Qəza ABŞ prezidentinin səfər etdiyi Luiziana ştatında baş verib.


Baxış sayı: 314


Bölməyə aid digər xəbərlər