Bütün xəbərlər
Bakıda iki nəfər içkili şəxslər tərəfindən döyülüb
Tarix: 14-05-2019 00:44 | Bölmə: Karusel

                            

Bakının Qaradağ rayonu ərazisində döyülmə hadisəsi baş verib.
"Report" xəbər verir ki, 1986-cı il təvəllüdlü İbrahimov Səxavət Mayıl oğlu və 1994-cü il təvəllüdlü Dəmirov Fərahim Rafiq oğlu Müşfiqabad qəsəbəsində naməlum şəxslər tərəfindən döyülüb.
Onları döyənlər içkili vəziyyətdə olublar. S.İbrahimov beyin silkələnməsi və alın nahiyəsinin əzilmiş yarası, F.Dəmirov isə sol təpə nahiyəsində yumşaq toxumaların əzilmiş-sıyrılmış yarası diaqnozu ilə 1 saylı Klinik Tibbi Mərkəzə yerləşdirilib.


Baxış sayı: 267


Bölməyə aid digər xəbərlər