Bütün xəbərlər
Almaniyada bir neçə nəfər müəmmalı şəkildə qətlə yetirilib
Tarix: 13-05-2019 08:26 | Bölmə: Karusel

                                


Almaniyada bir neçə nəfər müəmmalı şəkildə qətlə yetirilib.
Bu barədə "Report" "Passauer Neue Presse"yə istinadən xəbər verir.
Məlumata görə, hadisə Passau şəhərindəki pansionatda baş verib. Nəşr bildirib ki, 1 kişi və 2 qadın müəmmalı qətlin qurbanı olublar. Onların cəsədlərini qulluqçu aşkarlayıb.
Öldürülənlər ora 3 gün əvvəl gəliblər. Hazırda polis onlar arasındakı münasibətləri araşdırır. 
Prokurorluq hadisə ilə bağlı istintaqa başlayıb.  


Baxış sayı: 275


Bölməyə aid digər xəbərlər