Bütün xəbərlər
Bərdədə "Kamaz"ın təkəri partlayıb, bir nəfər xəsarət alıb
Tarix: 12-05-2019 12:07 | Bölmə: Karusel

                              


Bərdə sakini ehtiyatsızlıqdan ağır xəsarət alıb.
"Report"un Qarabağ Mərkəzinin məlumatına görə, hadisə rayonun Sənaye küçəsində yerləşən təkər təmiri sexində baş verib.
1977- cü il təvəllüdlü Mehrac Məhərrəmov "Kamaz" markalı yük avtomobilinin təkərinə hava vurarkən, təzyiq çox olduğundan təkər partlayıb.
Nəticədə M.Məhərrəmov baş nahiyəsindən travmatik, kəsilmiş-deşilmiş yaralar alıb.
Yaralı Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və Reanimasiya şöbəsinə yerləşdirilib.


Baxış sayı: 278


Bölməyə aid digər xəbərlər