Bütün xəbərlər
Şri-Lankada terrorçularla əlaqəli müsəlman din xadimi həbs edilib
Tarix: 12-05-2019 12:01 | Bölmə: Karusel

                               

Şri-Lankda ötən ay yüzlərlə insanın ölümünə səbəb olan partlayışların təşkilatçısı olan terrorçularla əlaqədə şübhəli bilinən 60 yaşlı İslam ilahiyyatçısı Məhəmməd Əliyar həbs edilib.
"Report" xəbər verir ki, bu barədə ölkənin polis idarəsinə istinadən "Reuters" məlumat yayıb.
Əliyar ixtisasca ilahiyyatçıdır. O, Kattankudu şəhərində İslam Dini Mərkəzini təsis edib.
Qanun keşikçiləri hesab edirlər ki, Əliyar "Haşim" qruplaşmasının fəaliyyəti üçün maliyyə vəsaitlərinin köçürülməsində iştirak edib.
Şri-Lankada ölkə tarixinin ən iri silsilə terror aktları aprelin 21-də baş verib.


Baxış sayı: 258


Bölməyə aid digər xəbərlər