Bütün xəbərlər
Bakıda təmizlik işləri aparan qadını avtomobil vurdu
Tarix: 06-12-2018 09:28 | Bölmə: Karusel

                    

Bakıda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.
Trend-in məlumatına görə, hadisə səhər saat 07 radələrində paytaxtın Nərimanov rayonu, Heydər Əliyev prospektində "Bağırov" körpüsünün yaxınlığında baş verib.
Ərazidə təmizlik işləri aparan süpürgəçi qadın, 1965-ci il təvəllüdlü Muradova Almaxanım Pirağa qızı naməlum avtomobil tərəfindən vurulub.
Hadisə nəticəsində ağır xəsarət alan A.Muradova 3 saylı şəhər kliniki xəstəxanasına yerləşdirilib.
Xəstəxanadan Trend-ə verilən məlumata görə, xəstənin vəziyyəti ağırdır və reanimasiyaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.


Baxış sayı: 337


Bölməyə aid digər xəbərlər