Bütün xəbərlər
İranda parad zamanı törədilən terror aktının əsas təşkilatçısı məhv edilib
Tarix: 17-10-2018 03:03 | Bölmə: Karusel
                                         

İraqın təhlükəsizlik qüvvələri sentyabrda İranın Əhvaz şəhərində törədilən terror aktının əsas təşkilatçısını məhv edib.
“Report” xəbər verir ki, bu barədə çərşənbə axşamı İranын İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) bəyanatına istinadən "Mehrco" agentliyi məlumat yayıb.
Bildirilir ki, İraqın təhlükəsizlik qüvvələri çərşənbə axşamı ölkənin Diyala əyalətində əməliyyat aparıblar. Əməliyyat zamanı İŞİD terror təşkilatının Əbu Zaha adlı səhra komandiri və daha 4 terrorçu zərərsizləşdirilib. Bu komandir, İİKK-nın məlumatına görə, İranın Əhvaz şəhərində törədilmiş terror aktının əsas təşkilatçısı olub.
Sentyabrın 22-də Əhvaz şəhərində keçirilən hərbi parad zamanı törədilmiş terror aktı nəticəsində 29 nəfər həyatını itirib.


Baxış sayı: 338


Bölməyə aid digər xəbərlər