Bütün xəbərlər
Ermənistan prezidenti Armen Sarkisyan hökumətin istefasını qəbul edib
Tarix: 17-10-2018 02:08 | Bölmə: Karusel

                      

  Ermənistan prezidenti Armen Sarkisyan Nikol Paşinyanın rəhbərlik etdiyi hökumətin istefasını qəbul edib.
Trend-in məlumatına görə, bu barədə dövlət başçısının rəsmi saytında bildirilib: “Konstitusiyanın 130-cu maddəsinə əsasən, hökumətin istefasını qəbul edirəm”.
Xatırladaq ki, baş nazir Nikol Paşinyan bu gün istefa verib. Paşinyan bu addımı dekabrın 10-da növbədənkənar Parlament seçkilərinin keçirilməsi üçün atıb.


Baxış sayı: 336


Bölməyə aid digər xəbərlər