Bütün xəbərlər
Meksikanın Cənub Aşağı Kaliforniya ştatında fövqəladə vəziyyət rejimi elan edilib
Tarix: 13-10-2018 06:25 | Bölmə: Karusel

Meksikanın Daxili İşlər Nazirliyi ölkənin Cənub Aşağı Kaliforniya ştatında "Serxio" tropik fırtınası səbəbindən fövqəladə vəziyyət rejimi elan edib.
Trend-in məlumatına görə, bu barədə ölkənin Milli Mülki Müdafiə Xidməti xəbər verir.
Məlumata əsasən, fövqəladə vəziyyət rejimi Komondu, Loreto və Meloqe bələdiyyələrində tətbiq edilib.
Qeyd edək ki, fövqəladə vəziyyət rejiminin tətbiq edilməsi yerli hakimiyyətə lazım gələrsə fövqəladə hallarda yardım göstərilməsi üzrə Fondun vəsaitlərindən istifadə etməyə imkan verir.


Baxış sayı: 273


Bölməyə aid digər xəbərlər