Bütün xəbərlər
DÇ-2018: Seneqal yığması Polşa komandası üzərində 1:2 hesablı qələbə qazandı
Tarix: 20-06-2018 01:56 | Bölmə: Karusel

Rusiyada futbol üzrə Dünya Çempionatı davam edir.
Trend-in məlumatına görə, “H” qrupunun ikinci oyununda Seneqal və Polşa yığmaları qarşılaşıb. Oyun afrikalıların 1:2 hesablı qələbələri ilə yekunlaşıb.
Matçda hesabı polşalı müdafiəçi açıb. Öz qapısına avtoqolla fərqlənən Tiaqo Sionek Seneqalı hesabda irəli çıxarıb. Seneqallıların ikinci qolunu Polşa komandasının kobud səhvindən sonra 60-cı dəqiqədə Mbaye Nianq vurub.
Polşa komandası oyunda yeganə qolunu isə 86-cı dəqiqədə vurub. Qjeqoj Krıxovyak fərqlənib.


Baxış sayı: 371


Bölməyə aid digər xəbərlər